Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Azərbaycanda helikopter satılır - 100 min manata

Azərbaycanda Mİ-8 MTV1 helikopteri hərraca çıxarılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

Helikopter 1991-ci ildə istehsal olunub. “Azərbaycan Hava Yolları” QSC-yə aiddir. Bu hava nəqliyyatı vasitəsinin start qiyməti 100 min manat olacaq.

Qeyd edək ki, Mİ-8 MTV1 helikopter planeri hazırkı texniki vəziyyətinə görə istismar üçün yararsızdır.

Hərrac oktyabr ayının 1-də keçiriləcək.

www.yenicag.az

330