!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanda hərbi hissədə yeməyi əsgər anaları bişirir" - VİDEO

!Reklam – Yazi

Hərbi hissədə yeməkləri əsgərlərin anası bişirir.

Yenicag.az xəbər verir ki, bu barədə “Bu şəhərdə” yumor qrupunun prodüseri Müşfiq Abbasov İTV telekanalının efirində “Həyat tərzi” verilişinin qonağı olarkən məlumat verib. Hərbi hissələrdən birində əsgərlərlə birlikdə nahar etdiklərini deyən ssenarist yeməklərin dadlı və bol olduğunun şahidi olduğunu söyləyib.

Abbasov yeməklərin əsgərlərin anaları tərəfindən bişirildiyini öyrənəndə şok keçirdiyini də qeyd edib:

“Nahar o qədər çox idi ki, axıra qədər yeyib qurtarmaq olmurdu. Yeməklər öz yerində, yanında da meyvə, desert, salat, kampot verilirdi. Sən demə, cənab nazirimizin göstərişinə əsasən, yemək yediyimiz hərbi hissədə yeməkləri əsgərlər yox, balası xidmətdə olan qadınlar bişirir. Əsgər xidmətini başa vurduqda yeməklərin bişirilməsi üçün heyət yeni gələn əsgərlərin anaları arasından seçilir. O ana əsgərə dadsız, natəmiz, yağsız yemək bişirərmi? Ona görə də yemək yeyəndə elə bilirsən ki, öz ananın bişirdiyini yeyirsən”.

Həmin görüntüləri təqdim edirik:

www.yenicag.az

4033
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv