Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda hərbi təhsil “İSLAHATI”: Magistratura sistemi və iki hərbi məktəb ləğv edildi?

Müdafiə Nazirliyinin nəzdində olan ali hərbi məktəblərdə köklü dəyişikliklər həyata keçirilib.

Yenicag.az-a daxil məlumata görə, Müdafiə Nazirliyi rəhbərliyinin qərarına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddəti 1 ilə endirilib, hərbçilər üçün magistratura sistemi ləğv edilib, Hərbi Akademiyaya bu il daxil olan zabitlərə isə diplom əvəzinə, sertifikat veriləcək.

Nazirlikdə həyata keçirilən bu “təhsil islahatı”nı Yenicag.az-a dəyərləndirən ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadə bildirib ki, buna qədər Hərbi Akademiyaya qəbul olan zabitlər idarəçiliklə bərabər, magistr təhsili də alırdılar:

“Ali Hərbi Məktəb bakalavr, Hərbi Akademiya isə magistr təhsili verir. Hərbçilərin inkişaf etməsi üçün magistr təhsili mütləq olmalıdır. Atılan bu addım Azərbaycanda hərbi təhsilin məhvi deməkdir.

Bu barədə müdafiə nazirinin əmri var. Bu əmr Azərbaycan ordusunun elmi potensialına qarşı həyata keçirilən soyqırımıdır. Bilərəkdən belə bir addım atılır ki, zabitlərimiz savadsız olsunlar. Açıq deyirəm ki, bu addım ordunun məhvinə hesablanıb. Ölkə rəhbərliyinə üz tutaraq, bu məsələyə təcili müdaxilə olunmasını xahiş edirəm”.

Məlumata görə, Müdafiə Nazirliyinin “təhsil islahatı” nəticəsində Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri də ləğv edilərək, Ali Hərbi Məktəbin tərkibində fakültəyə çevriliblər.

Qeyd edək ki, rəsmi olaraq məsələyə münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı xəbəri təkzib edib.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

2313
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100