Azərbaycanda hidrometeoroloji müşahidə şəbəkəsində DƏYİŞİKLİK olacaq

Azərbaycanda hidrometeoroloji müşahidə şəbəkəsi avtomatlaşdırılır.

Yenicag.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, Qarabağ bölgəsində 11 stansiya quraşdırılacaq.

“Həmin stansiyaların iyun ayına qədər quraşdırılması gözlənilir”, – deyə xidmət rəisi bildirib.