Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda hoteldə işləyənlər üçün YENİLİK

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası “Turizm sənayesi nümayəndələrinin etik kodeksi”nə əsasən, turizm sektorunun mövsümi işçiləri üçün sosial müdafiə baxımından xüsusi statusun hansı formada təklif oluna biləcəyini açıqlayıb.

Assosiasiyanın İdarə Heyətinin sədri Rüfət Hacıyev Trend-ə bildirib ki, sosial müdafiə baxımından xüsusi statusun verilməsi əsasən hotel və hotel sənayesində fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulub:

“Yəni yay mövsümündə çalışan hotel personalının qışda işsiz qalmaması üçün onların bölgələrdəki qış kurortlarındakı turizm obyektlərinə işə cəlb olunması təklif olunur. Bunun faydası böyükdür. İlk növbədə hotellər yeni işçi axtarmayacaq, bu sahədə çalışan personalların xidmətindən yararlanacaqlar. Belə olan halda həm xidmətin keyfiyyəti qorunub saxlanacaq, həm də mövsümi işçi qalmayacaq. Düşünürük ki, hotellər arasında ümumi bir əməkdaşlıq anlaşmasının olmasına ehtiyac var”.

Loading...

www.yenicag.az

425
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100