Azərbaycanda hotellər yeni QAYDALARLA işləyəcəklər – VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.

Yenicag.az xəbər verir ki, yenicə təsdiq edilən “Turizm haqqında” qanuna əsasən bu kimi neqativ halların qarşısı alınacaq. Qanunda bir sıra öhdəliklər müəyyən edilib. Həmin qaydaları pozanları isə cəzalar gözləyir.

Mövzu ilə bağlı “Xəzər Xəbər”ə danışan turizim üzrə ekspert Rəhman Quliyev deyir ki, qanunun əsas predmetlərindən biri turistlərin təhlükəsizliyinin təmin edilməsidir:

“Bu məqsədlə yeni sənəddə turoperatorlar və turagentlər qarşısında konkret öhdəliklər müəyyən edilib. Artıq səyyahət zamanı turistlərə təxirəsalınmaz təcili yardım göstərilməsi öhdəlik kimi qoyulub.

Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan qanun ölkənin turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və turist məmnunluğunun artmasını təmin edəcək. Həmçinin vahid reyesterin yaradılması birbaşa turistlərin aldadılmasını minimuma endirəcək”.

Ekspert deyir ki, yeni qanun turistlərdə Azərbaycana qarşı inam formalaşdıracaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə də əlavə olunub. Yeni maddə bu sahədəki neqativ hallarla bağlı inzibati məsuliyyəti müəyyən edir.

Daha ətraflı süjetdə:

COP29