!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda içməli su problemi yarandı

!Reklam – Yazi

ss1465895489Kür çayında suyun bulanıqlığının artması ilə əlaqədar bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən verilən məlumata görə, son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb.
Bununla əlaqədar Kür Sutəmizləyici Qurğularında suyun emalı mümkün olmadığından Kür-Bakı, Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri ilə suyun nəqli dayandırılıb. Bu gün ərzində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar şəhərlərinə, həmçinin Bakı şəhərinin Qaradağ rayonunun, Badamdar, Binəqədi, Biləcəri, Xocasən qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Nizami və Xətai rayonlarının bəzi ərazilərində isə su təchizatı qrafikli rejimə keçiriləcək. Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

www.yenicag.az

1690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv