Azərbaycanda ictimai iaşə dövriyyəsi artdı

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 21,9 % artaraq 1 milyard 314,7 milyon manat olub.

Yenicag.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ictimai iaşə dövriyyəsinin 11,674 milyon manatı dövlət, 1 milyard 303,01 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Hesabat dövrünə özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,9 %-i hüquqi şəxslərin, 49,1 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 20,2 % artaraq 645,7 milyon manat olub.

COP29