Azərbaycanda ictimai nəqliyyatın hərəkəti bərpa olundu

Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən Azərbaycanda ictimai nəqliyyatın hərəkəti bərpa olunub.

Yenicag.az bildirir ki, ölkədə avtobusların hərəkətinə qadağa Novruz bayramı ilə əlaqədar martın 20-si saat 00:00-dan qoyulmuşdu.

Qadağanın müddəti bu gün saat 06:00-da başa çatıb.