!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda iki general vəzifəsindən azad edildi-Foto

!Reklam – Yazi

azerbaycan_ordusu_012“Dünən ölkə başçısı Silahlı Qüvvələrlə bağlı çox mühüm qərarlar qəbul edib. Onların içərisində ən çox diqqəti cəlb edən isə onun bir sıra vəzifəli şəxsləri yol verdikləri ciddi qanun pozuntularına görə tutduqları postdan uzaqlaşdırması və sərt xəbərdar etməsi olub”.

Bu açıqlamı özünün Facebook səhifəsində hərbi ekspert Üzeyir Cəfərov paylaşıb.

Ü.Cəfərov bildirib ki, vəzifəsindən azad edilən generalların əməlləri dövlət başçısının göstərişinə əsasən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən hərtərəfli yoxlandıqdan sonra onlar barəsində qərar qəbul edilib.

“Ölkə başçısı Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxslərinə sonuncu xəbərdarlığını edib. Onlara müdafiə naziri, general-polkovnik Zakir Həsənovun apardığı müsbət işlərdə dəstək olmağı, ona ordunun döyüş hazırlığının yüksəldilməsində, zabit və əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işlərində yardımçı olmağı, hərtərəfli kömək göstərilməsini bir vəzifə olaraq tapşırıb. Onu da qeyd edim ki, müdafiə naziri özü şəxsən korrupsiya və rüşvətxorluq hallarına yol vermiş şəxslərlə bundan sonra bir yerdə xidmət keçməyin mümkün olmadığını bütün şəxsi heyətə bir daha çatdırıb”-deyə Ü.Cəfərov bildirib.

Hərbi ekspert vəzifədən çıxarılan generalların kimliyini də qeyd edib:

“Ali Baş Komandan İlham Əliyevin qərarına əsasən, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov yol verdiyi ciddi qanun pozuntularına və nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Həmçinin Sİlahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov da tutduğu vəzifədən kənarlaşdırılıb.
Çox yaxşı haldır ki, Ali Baş Komandan bundan sonra da özbaşınalığa və qanun pozuntusuna yol vermiş hər kəsi kimliyindən asılı olmayaraq ən sərt şəkildə cəzalandıracağını bəyan edib. Yəqin ki, ordu sıralarında olan bəzi rəhbər vəzifəli şəxslər üçün də prezidentin dünənki addımı bir siqnal rolu oynayacaq.
Azərbaycanın Silahlı Qüvvələrində sağlam, savadlı və hərtərəfli hazır rəhbər şəxslər olmalıdır. Kim ki, qanunla ona verilmiş səlahiyyətlərdən sui-istifadə edir, Silahlı Qüvvələrimizin döyüş ruhuna öz çirkin əməlləri ilə xələl gətirir, onların yeri yəqin ki, başqa məkan olacaq” – deyə Ü.Cəfəov vurğulayıb.

Xatırladaq ki, ötən ayın sonlarında Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri – 1974-cü il təvəllüdlü Seymur Sahib oğlu Ağayev və 1973-cü il təvəllüdlü Ələsgər Mail oğlu Musayev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə), inspeksiyanın planlaşdırma şöbəsinin baş zabiti, 1976-cı il təvəllüdlü Rövşən Mikayıl oğlu Məmmədli isə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma – külli miqdarda törədildikdə) maddələri ilə həbs ediliblər. Rəsmi məlumata görə, onların hər biri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb və hazırda istintaq aparılır(modern).

www.yenicag.az

764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv