Azərbaycanda iki nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Abşeron rayonunda dəm qazından zəhərlənmə hadisələri baş verib.

Yenicag.az xəbər verir ki, hadisələr Saray və Hökməli qəsəbələrində qeydə alınıb.

Belə ki, Saray qəsəbə sakini, 1985-ci il təvəllüdlü Firuzə Kərimova və Hökməli qəsəbə sakini, 2007-ci il təvəllüdlü Mustafayeva Rəsmiyyə Qənbər qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hər iki fakt araşdırılır./Report/