Azərbaycanda iki övlad atası intihar etdi

23ad8503c47682664c3b786be54e960fŞəkidə iki övlad atası intihar edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 29-u günorta saatlarında Şəki şəhəri Səməd Vurğun küçəsində qeydə alınıb.

Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü Akif Bəlyar oğlu Salmanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki çardaqda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.

Onun intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır