Azərbaycanda iki tələbənin faciəvi sonu – Video

İki tələbə dənizdə batıb.

ARB TV xəbər verir ki, acı hadisə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində baş verib.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu barədə məlumat verilib. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Hazırda axtarış işləri aparılır.

Dənizdə batan şəxslər əslən Tovuz rayonundan olan iki tələbədir.

Yenicag.az