!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ikinci əczaçılıq zavodu da tikiləcək – NƏ VAXT? (Yenilənib)

!Reklam – Yazi

“Caspian Pharmed” Azərbaycan-İran əczaçılıq zavodunun tikintisi 2018-ci ilin 3-cü rübündə başa çatacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Qeyd edək ki, zavodun dəyəri 30 milyon dollardan çoxdur.

Nazir deyib: “Yeni zavoda 20 milyon dollardan çox investisiya yatırdılacaq. Zavod alman və italyan avadanlıqları ilə təchiz olunacaq. Zavodun tikintisi il yarım davam edəcək. Artıq gələn ilin üçüncü rübündə 84 adda dərmanın istehsal olunması nəzərdə tutulur”.

Nazirin sözlərinə görə, dərmanların böyük hissəsi daxili bazar üçün nəzərdə tutulur, lakin dərmanların ixrac edilməsi də planlaşdırılır. Biznes-plana əsasən, dərmanların Rusiya, Qazaxıstan və Gürcüstana ixracatı nəzərdə tutulur.

Layihənin tərəfdaşları olan “TPICO” (İran İslam Respublikası) 49 faiz, “Azersun Holdinq” 26 faiz və Azərbaycan İnvestisiya Şirkəti 25 faiz pay sahibidirlər. Layihənin ilk mərhələsində həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı həyata keçiriləcək.

Yenicag.az

www.yenicag.az

760
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv