İçərişəhərdə baş tutan “Baku Street Food Festival”ı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunub.
Festivalda paytaxtın 25-dən artıq restoranları öz yeməklərini nümayiş etdirirlər. Məqsəd ölkəmizə gələn əcnəbi turistlərin yerli mətbəxlə yaxından tanış olması və restoran biznesinin daha da inkişaf etdirilməsidir.
Şəhər sakinləri və turistlərin festivala girişi pulsuz olsa da, təqdim olunan yeməklər və içkilər ödənişlidir.
Qeyd edək ki, üç gün davam edəcək festival zamanı milli mətbəximizin nümayişi ilə bərabər müxtəlif viktorinalar və lotereya oyunları da keçiriləcək.
Cəvahir
Foto: Cəmalə Əlizadə