Azərbaycanda İlk Koaçıng konfransı keçirilib – ADDIM növbəti ilkə imza atdı

      43333333333333333“Addım” gənclər təşkilatının və Belnəlxalq Erikson Akademiyasının təşkilatçılığı ilə Alov Qüllələrində yerləşən Fairmont Hoteldə Azərbaycanda ilk Coach konfransı keçirilmişdir.
Beynəlxalq konfransın keçirilməsində məqsəd – gənclərin və iqtisadi sektorda fəaliyyət göstərən insanların maarifləndirilməsi , sosial və innovativ texnologiyaların təbliğ edilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlagələrinin genişləndirilməsidir.
Konfrans çərçivəsində ilk öncə təşkilatın yaradıcısı Hüseyn Cavadzadə çıxış edib qonaqları salamlamış və bu mövzunun mövcud iqtisadi durumda Azərbaycan üçün əhəmiyyətindən danışmışdır. O hələ ötən il Azərbaycanda ilk olaraq ADDIM tərəfindən Coaching mövzusunda təlimlərin keçirildiyini və təşkilatın bu istiqaməti dəstəklədiyini qeyd etmişdir.  Daha sonra Beynəlxalq Erikson Akademiyasının Cənubi Qafqaz regional ofisini nümayəndələri və Growin kompaniyasının nümayəndələri  Girogi Kalatozishvili və Tinatin Rukhadze “Coaching Modeli”-nin  məhz Azərbaycan üçün hazırlanan versiyasını təqdim etmişlər. Tədbirdə həmçinin tanınmış ictimai xadimlər, gənclər, KİV nümayəndələri iştirak etmişlər.
5ac8e00e-3181-42af-b588-4f6e14ce5b22   Qeyd edək ki “Coaching”  mövzusunda ilk ictimai tədbirləri hələ ötən il, məhz Addımın səyi nəticəsində baş tutub. İlk dəfədən gənclər və biznes sektoru arasında böyük maraqla qarşılanan proqram bu dəfə Coaching üzrə dünya birinciləri Erikson nümayəndələri tərəfindən təqdim olunacaq.
f2ea3f50-26f0-47a9-a418-87c387b9b632Məlumat üçün qeyd edək ki ötən əsrin 90 illərin əvvəllərində İngiltərədə formalaşıb və hazırda Avropa ölkələri və ABŞ-da ən dəbdə olan konsulting və motivasiya proqramıdır. İş adamları arasında xüsusi yayılan bu istiqamət 2010-cu ildən Rusiya Federasiyasında da geniş populyarlıq qazanır. Hazırda keçmiş MDB ölkələrindən yalnız Rusiyaya və Ukraynada bu sahədə maarifləndirmə məqsədilə Beynəlxalq Erikson İnstitutunun nümayəndəlikləri fəaliyyət göstərir.

Video Link :   https://www.youtube.com/watch?v=020PgJhZlcE&feature=youtu.be

COP29