Azərbaycanda indiyədək koronavirusdan sağalanların SAYI

Azərbaycanda indiyədək koronavirusdan sağalanların sayı məlum olub. 

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 2 279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.