!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda inflyasiya 3 faizdən aşağı düşüb

!Reklam – Yazi

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak mallarının qiyməti və xidmət tarifləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Bu müddət ərzində ərzaq məhsullarının qiyməti 2,8 faiz, qeyri-ərzaq məhsulları 3,4 faiz, ödənişli xidmətlərin qiyməti 2,3 faiz artıb.

Bir ay ərzində isə ərzaq məhsulları 1,5 faiz azalıb, qeyri-ərzaq məhsulları və ödənişli xidmətlərin qiyməti 0,1 faiz artıb.

Qeyd edək ki, Azərbaycanda inflyasiya bu ilin yanvar-iyun aylarında 3 faiz olub, 2017-ci ildə isə 12,9 faiz təşkil etmişdi.

www.yenicag.az

2190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv