!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda insan hüquqlarının vəziyyəti müzakirə edildi – FOTOLAR

!Reklam – Yazi

Ölkə məhkəmələrində hər il 1 milyona yaxın mülki işı baxıldığı açıqlanıb.

Yenicag.az xəbər verir ki, Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyi Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov, Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, QHT və KİV rəhbərləri iştirak ediblər.

Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, Azərbaycanda ilk dəfə Məhkəmə Aparatında spiker hakimlər mətbuat xidməti kimi fəaliyyətə başlayacaq.

İl ərzində məhkəmələrin 1 milyona yaxın mülki işə baxdığını deyən Ədliyyə Nazirliyi Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov hakimlərin işlərinin çox ağır olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkədə 200 hakim ştatı açılacaq.

Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb, 2 hakimin səlahiyyətlərinə xitam verilib və 6 hakim işdən azad olunub.

Hakimlərin mətbuatla əməkdaşlığına toxunan Cavid Hüseynov bildirib ki, Məhkəmələrdə hakimlərin media ilə işləməsi prosesi əvvəl Bakı, Abşeron və Sumqayıtda həyata keçiriləcək. Tədbir QHT və KİV rəhbərlərinin çıxışları ilə davam edib.

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv