Azərbaycanda internet sürətinə dair məlumatlar açıqlandı

2023-ci ilin yanvar ayında Azərbaycanda internetə mobil və genişzolaqlı çıxış müafiq olaraq 32,06 (2022-ci ilin dekabr ayının göstəricisi ilə müqayisədə 8,2 faiz azalma) və 26,25 (3,3 faiz azalma) Mbit/san təşkil edib.

Yenicag.az xəbər verir ki, mobil şəbəkə üzrə məlumatların yüklənməsinin göstəricisi yanvar ayında ötən ayla müqayisədə 2,87 Mbit/san azalıb. Mobil şəbəkə üzrə çıxış sürəti 8,91 Mbit/san təşkil edib ki, bu da dekabr ayındakı göstəricidən (10,05 Mbit/san) 11,3 faiz aşağıdır.

İnternetə sabit genişzolaqlı çıxış üzrə məlumatların yüklənmə sürəti 2022-ci ilin dekabr ayı ilə müqayisədə 0,9 Mbit/san azalıb, çıxış sürəti isə 27,82 Mbit/san təşkil edib (0,98 Mbit/san azalma).

Qeyd edək ki, qeyd olunan dövrdə dünyada mobil şəbəkə üzərindən giriş və çıxış yükləmələrinin sürəti müvafiq olaraq 37,98 və 9,75 Mbit/san təşkil edib.

Ookla-nın məlumatlarına görə, 2023-cü ilin yanvar ayında Azərbaycan mobil şəbəkə ilə yükləmə sürətinə görə 138 ölkə arasında 64-cü yer, genişzolaqlı internetlə məlumatların ötürülməsinə görə isə 179 ölkə arasında 118-ci yer tutub./Trend/

COP29