2023-cü ilin yanvar ayında ölkədə 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artmışdır.
ÜDM istehsalının 52,8 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 956,6 manata bərabər olmuşdur.