Azərbaycanda 2022-ci ilin yanvar-noyabr aylarında 1812 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 216 ədəd az minik avtomobili istehsal olunub.
Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-noyabr aylarında 466,4 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 73,9 faiz, maşın və avadanlıqların istehsalı isə 46,9 faiz artıb.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 8,9 faiz azalıb.