Azərbaycanda istirahət mərkəzi YANDI 

Nabranda istirahət mərkəzində yanğın olub.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 12 m² olan hamam otağının yanar konstruksiyaları, yaxınlıqda transformatorun yağı və sarğıları yanıb.

Yaxınlıqdakı koteclər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.