Azərbaycanda istirahət mərkəzində meyit aşkar edildi

Azərbaycanda istirahət mərkəzində adam öldü.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gədəbəydə yerləşən istirahət mərkəzlərindən birində meyit aşkarlanıb.

Hadisə rayonun Slaviyanka kəndində qeydə alınıb.

Bakı şəhər sakini olan 1966-cı il təvəllüdlü Vaqif Məmmədovun kənddə yerləşən istirahət mərkəzlərinin birində meyiti aşkar edilib. İlkin məlumata görə, mərhum ürək çatışmazlığından vəfat edib.

Ölümün səbəbləri araşdırılır.