!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda itkin düşən baxıcının meyiti tapılıb

!Reklam – Yazi

Ucarda itkin düşən baxıcının meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qazyan kənd sakini, 1935-ci il təvəllüdlü Xəlil Əli oğlu Əliyevin meyiti bu gün səhər saatlarında yaşadığı kənd ərazisində aşkarlanıb. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Qeyd edək ki, X. Əliyev ötən il dekabrın 29-dan 30-na keçən gecə evdən çıxıb və qayıtmayıb. Ertəsi gün mərhumun oğlu Qalib Əliyev rayon polisə atasının itkin düşməsi barədə ərizə ilə müraciət edib. Məlumata görə, X. Əliyev əvvəllər rayonda bərbər işləyib, son illər isə baxıcılıq edib.

Yeniçağ.az

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv