Azərbaycanda kafedə yanğın

Goranboyda kafe yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, rayonunun Dəliməmmədli şəhərində ümumi sahəsi 100 m² olan dəmir konstruksiyadan ibarət kafenin penoplastdan ibarət divar üzlüyü və içərisindəki əşyalar 40 m² sahədə yanıb.

Kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.