“Karantin rejiminin sonlandırılması istiqamətində tövsiyələr hazırlanır”.
Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Ramin Bayramlı qeyd edib ki, sosial-iqtisadi amillər karantin tədbirlərinin sərtləşdirilməsinə imkan vermir:
“Karantin rejiminin sonlandırılması istiqamətində tövsiyələr hazırlanır. Karantin rejiminin tətbiqi ilə ölkədə xəstəliyin kütləvi yayılmasının qarşısının alınması tendensiyasını gördük. Ancaq bir sıra sosial-iqtisadi amillər sərt karantin tədbirlərinin uzun müddət davam etdirilməsinə təbii ki, imkan verə bilməz. Bu baxımdan tədbirlərin yumşaldılması və karantin rejiminin tədricən aradan qaldırılması zərurəti yaranır”.