Azərbaycanda karantində nə qədər adam var?

Bu gün Azərbaycanda karantində 3000-dən çox vətəndaş saxlanılır.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib deyib.

Onun sözlərinə görə, ötən həftə karantində saxlanılanların sayı 4000-ə yaxın idi.

TƏBİB sədri əlavə edib ki, karantində saxlanılanların rejimə əməl etməsi vacibdir. Xəstəliyə yoluxanlar arasında karantinə əməl etməyənlər də var.

Loading...