Azərbaycanda kişilərin qadınları döyməyinin qarşısı belə alınacaq – VİDEO

Azərbaycanda ailə zorakılıqlarının qarşısın almaq üçün yeni onlayn monitorinq sistemi qurulacaq. Bu sistemin bir neçə növü var. Onlardan da biri evlərə kamera quraşdırılmasıdır. Bu üsuldan əksər inkişaf etmiş ölkələr imtina edib. Təbii ki, mental dəyərlərin daim yüksək saxlanıldığı ölkəmizdə bu üsul yolverilməzdir. Zorakılığın tez-tez baş verdiyi ailələrdə hadisələri izləmək və yeri gəldiyində müdaxilə etmək üçün müxtəlif üsullar həyata keçiriləcək.

“Azərbaycanda hansı mexanizmin tətbiq olunacağını gələcəkdə görəcəyik. Hansı sistem qurulsa belə, şəxslər hüquqi baxımdan özlərini təhlükəsiz görməlidir”, – vəkil Ruslan Vəliyev bu mövzuya münasibət bildirərkən belə deyib.

Xarici ölkələrədə bu mexanizimlə bağlı bir neçə üsul var. Məsələn, ərlə arvadın qoluna elektron bilərzik taxılır. Yaxud da evə xüsusi cihazlar, kompyuter proqramları yerləşdirilir. Məqsəd ailədə baş vermiş hər hansı bir neqativ hal vaxtı zərərçəkənin hüquq mühafizə orqanları ilə birbaşa əlaqəsini təmin etməkdir. Ekspertlər düşünür ki, problemin həll olunması üçün qabaqcadan baş verən səbəbləri araşdırmaq lazımdır.

Qeyd edək ki, məişət zorakılığının qarşısını almaqdan ötrü 2010-cu ildə qanun qəbul edilib. Ancaq nədənsə bu qanun işləməsi çox ləng gedir. Yəni zorakılığa məruz qalan adam çox nadir hallarda hüquq mühafizə orqanlarına müraciət edir. Ona görə də millət vəkili Fazil Mustafa hesab edir ki, insanlar bu qanunun tələblərindən irəli gələn öhdəlikləri yerinə yetirmədikcə zorakılıq halları da artır. Ancaq qanun verici orqan yeni sistem qəbul olunmasını bu baxımdan çox vacib hesab edir.

Xatırladaq ki, zorakılığın qarşısının alınmasına yönələn onlayn monitorinq sistemi artıq avropa ittifaqına daxil olan ölkələrdə tətbiq edilir.

COP29