Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.
Yenicag.az xəbər verir ki, mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak edir.
Konfransda pandemiya dövründə təhsil, buraxılış və qəbul imtahanları ilə bağlı müzakirələr aparılır.