Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda koronavirus xəbərdarlığı: Vəziyyət gərginləşə bilər - VİDEO

Əgər karantin rejimi ləğv olunarsa və insanlar tətbiq edilən qadağalara əməl etməzlərsə, vəziyyət çox gərginləşə bilər.

Yenicag.az Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu bir müddət əvvəl Azərbaycana gələn Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Turanə Rəsulova deyib.

Onun sözlərinə görə, nəinki Azərbaycanda, eləcə də bütün dünyada koronavirus yenidən daha pis formada baş qaldıra bilər.

Odur ki, insanlar mütləq qaydada qoyulan bütün tələblərə əməl etməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının üzvü həmçinin bildirib ki, artıq xəstəliklə bağlı 2 vaksin üzərində araşdırma aparılır və yaxın vaxtlarda sınağa buraxılacaq.

Turanə Rəsulova həmçinin əlavə edib ki, Bakıdakı yoxlama işləri yüksək səviyyədə gedir.

ÜST-ün nümayəndələri yaxın vaxtlarda bölgələrə də səfər edərək oradakı vəziyyəti yerində araşdıracaqlar.

www.yenicag.az

233