Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda koronavirusa yoluxan kişi və qadınların SAYI

Azərbaycanda koronavirusa yoluxanlardan 640 nəfəri kişi, 557 nəfəri isə qadınlardır.

Yenicag.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, virusa yoluxanlar yaş qruplarına görə 0-9 yaş arasında 66 nəfər, 10-19 yaş arası 60, 20-29 yaş arası 175, 30-39 yaş arası 214, 40-49 yaş arası 198, 50-59 yaş arası 248, 60-69 yaş arası 157, 70-79 yaş arası 56 nəfərdir. 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb”.

Hazırkı dövrədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 404 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 75.397 test aparılıb.

Loading...

www.yenicag.az

581
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100