Azərbaycanda koronavirusa yoluxanların SAYI

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 993 yeni yoluxma faktı qeydə alınıb. Test nəticəsi daha əvvəl pozitiv çıxmış 646 nəfər isə müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 368 002 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 338 925nəfər müalicə olunaraq sağalıb, 5 153 nəfər vəfat edib, aktiv xəstə sayı 23 924 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 376, ötən müddət ərzində isə ümumilikdə 4 210 440 test aparılıb.