Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı – 15 nəfər vəfat etdi / FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 519 yeni yoluxma faktı qeydə alınıb, 1 276 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 225 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 210 798 nəfər müalicə olunaraq sağalıb, 2 941 nəfər vəfat edib, aktiv xəstə sayı 11 607 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 898, ötən müddət ərzində isə ümumilikdə 2 279 907 test aparılıb.