Azərbaycanda koronavirusla bağlı aparılan testlərin SAYI – SON STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 21-nə olan statistik göstəriciləri açıqlayıb.

Yenicag.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 947 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 422 049 test aparılıb. Aktiv xəstə sayı 5 776 nəfərdir, onlardan 165 nəfər reanimasiyadadır, 37 nəfər isə süni tənəffüs aparatına qoşulub.