Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 17-nə olan statistik göstəriciləri açıqlayıb.
Yenicag.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 700 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 397 399 test aparılıb. Aktiv xəstə sayı 4 783 nəfərdir, onlardan 146 nəfər reanimasiyadadır, 29 nəfər isə süni tənəffüs aparatına qoşulub.