Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA

Bu gün Azərbaycanda koronavirusla bağlı 7 274 test aparılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Bununla da koronavirusla bağlı aparılan testlərin ümumi sayı 449 235-ə çatıb.

Qeyd edilir ki, Azərbaycanda 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.