Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 10-na olan statistik göstəriciləri açıqlayıb.

Yenicag.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 461 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 193 411 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxub, 30 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 2 519 yoluxma aşkarlanıb. Onlardan 1 650-si sağalıb, 32-si ölüb. Hazırda aktiv xəstə sayı 837-dir.

Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.