Azərbaycanda koronavirusla bağlı son vəziyyət

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 23-nə olan statistik göstəriciləri açıqlayıb.

Yenicag.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 829 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 658 782 test aparılıb. Aktiv xəstə sayı 7 615 nəfərdir, onlardan 330 nəfər reanimasiyadadır, 66 nəfər isə süni tənəffüs aparatına qoşulub.