!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda koronavirusun bitəcəyi yeni tarix AÇIQLANDI

!Reklam – Yazi

Sinqapurlu alimlər Azərbaycan daxil olmaqla bir sıra ölkələrdə koronavirus pandemiyasının bitmə tarixinə dair yenilənmiş proqnozlarını açıqlayıblar.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) hesabatında yer alıb.

Alimlərin hesablamalarına görə, Azərbaycanda koronavirus pik həddə aprelin 8-də çatıb. Bildirilib ki, pandemiya mayın 7-də 97%, mayın 18-də 99%, iyunun 15-də isə 100% bitəcək.

Bu göstəriciyə görə, postsovet məkanında ən müsbət proqnoz Azərbaycan üçün verilib.

Araşdırmaçıların fikrincə, postsovet məkanında pandemiya ən gec Rusiyada sona çatacaq – 7 avqust. Məlumata görə, pandemiya Qazaxıstanda iyulun 28-də, Gürcüstanda iyulun 27-də, Belarusda iyulun 18-də, Moldovada iyulun 3-də, Ukraynada iyulun 2-də, Özbəkistanda isə iyunun 27-də başa çatacaq.

Bunda başqa, proqnozda həmçinin Azərbaycanın qonşu ölkələri olan Türkiyə və İranda yer alıb. Belə ki, Türkiyədə pandemiyanın sonunun iyulun 30-da gözlənilsə də, İran üçün bu tarix sentyabrın 28-nə təsadüf edəcək.

Koronavirusun ən çox yayıldığı ölkələr olan ABŞ-da sentyabrın 9-da, İspaniyada avqustun 2-də, İtaliyada 31-də pandemiyanın bitəcəyi gözlənilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 148 000-i ötüb. Bunların 962 417 nəfəri sağalıb, 218 371 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv