!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda koronavirusun pik həddi başa çatıb? - AÇIQLAMA

!Reklam – Yazi

“Azərbaycanda koronavirusa yoluxma sayının artıb sonradan azalması göstəricilərinə baxdıqda artan vaxt pik həddin olduğunu deməyə əsas verir. Bu, aprel ayının göstəricilərinə uyğun səsləndirilə bilər. Amma yenə də dəqiq nəsə demək doğru olmaz”.

Yenicag.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.

O qeyd edib ki, ölkədə hələ də koronavirusa yoluxma halları bitməyib: “Əgər karantin rejimi yumşalsa yenidən virusa yoluxmanın artması riski ola bilər. Ona görə də əhali qaydalara ciddi əməl etməlidir. Hələ ki, vəziyyəti nəzarət altına ala bilmişik”.

Onun sözlərinə görə, virus çox güclü ultrabənövşəyi şüalar altında deaktiv olur:

“Amma yay aylarının gəlişi ilə virusun olmayacağı barədə məlumat yoxdur, çünki bu virusa yoluxma isti ölkələrdə də müşahidə edilir. Amma yayda yoluxma sayında azalma ola bilər. Sentyabr, oktyabr ayları gəldikdə isə virusa yoluxma hallarının yenidən artacağı ilə bağlı fikirlər var. Bu hal bu il bitməyəcək. Bu, bizim real vəziyyətdir”.

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv