Azərbaycan Mərkəzi Bankı (AMB) “Union Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib.
Yenicag.az xəbər verir ki, bu barədə AMB-nin saytında təqdim edilən məlumatda qeyd edilib.
Qeyd edək ki, kredit təşkilatı 2011-ci ildə təsis olunmuşdu.
Hazırda ölkədə 54 BOKT-un lisenziyası var.