Azərbaycanda leytenant özünü güllələdi

gulleledi7Azərbaycan silahlı qüvvələrində bədbəxt hadisə baş verib.

Müşfiqabad qəsəbəsindəki N saylı hərbi hissənin leytenantı, tağım komandiri Qasımov Ədalət özünü güllələyib. Dərhal hərbi hospitala çatdırılan zabitin həyatını xilas etmək mümkün olub. Lakin hərbiçi hazırda komadadır və vəziyyəti ağır qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı faktı nə təsdiq, nə də təkzib edib. O, məsələ ilə bağlı nazirliyə sorğu göndərməyimizi məsləhət görüb. Mərkəzi Kliniki Hərbi Hospitalının adının çəkilməsini istəməyən əməkdaşı isə faktı təsdiqləyib.

Məsələ barədə ətraflı məlumat verməyə çalışacağıq.(Aznews)