Azərbaycanda lizinq şirkətinin səhmlərinin satışı üzrə tarix açıqlandı

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin 1,3 milyon manat dəyərində olan səhmlərinə abunə yazılışı mayın 24-dən başlayacaq, 3 iş günü ərzində davam edəcək.

Bu barədə Yenicag.az-a Bakı Fond Birjasından (BFB) məlumat verilib.

“Legion Financial”ın səhmləri mayın 21-də BFB-nin standart bazar seqmentində listinqə daxil edilib.

Şirkət hər birinin ilkin ticarət qiyməti 100 manat olan 13 min ədəd adi, sənədsiz, adlı səhm buraxıb.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

COP29