Reklam

Reklam

“Zirə” futbol klubu yayda fəaliyyətini dayandıra bilər. Rekord.az-a daxil olan məlumata görə, buna səbəb klubun sponsorlarının kluba maliyyə yardımını xeyli azaltması olub. Yayda isə onların, ümumiyyətlə, komandanı buraxmaq fikirləri var. Təsadüfi deyil ki, AFFA prezidenti Rövnəq Abdullayev də bu yaxınlarda AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında “İnter”lə bərabər “Zirə”nin də gələcək taleyinin sual altında olduğunu bildirmişdi. Hər halda, bütün suallara iyunda aydınlıq gələcək.

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan klub rəsmisi xəbəri təkzib etdi:

“Tamamilə yanlış məlumatdır. Sponsorlar maliyyədə heç bir azalma etməyib. Əksinə, yanvardan klubumuz daha çox oyunçu transfer edib. İstər yerli, istər legioner…  Maaşlarda belə fərq olub. Bütün bunlar da onu göstərir ki, maliyyəmiz ötənilkinə nisbətən daha çoxdur”.

Xatırladaq ki, klub əcnəbilərə əməkhaqqını və mükafatı dollarla verdiklərini açıqlamışdı.
“Zirə”nin konkret bir prezidenti yoxdur. Klub təsisçilərdən ibarətdir. Əsas təsisçisi isə “Azfar Group” şirkətidir.

Aygün İlqarqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.