!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda magistr təhsili formaldır yoxsa vacib? – Sorğu

!Reklam – Yazi

diplomBir çox tələbə bakalavrı başa vurduqdan sonra, magistr olmaq arzusunda olur.  Çoxları belə düşünür ki, magistratura, bakalavr təhsil pilləsinin davamıdır və magistraturanı bitirmək zəruridir. Azərbaycan universitetlərində təhsil alan gənclərin əksər hissəsi, xaricdə magistr təhsili almağa üstünlük verir.  Xüsusilə də, son dövrdə yaranan  Türkiyə, Ukrayna və s. ölkələrin təhsil proqramları, eləcədə müəyyən kurslar,  insanları xarici təhsilə daha da cəlb edir. Digər qisim isə, sadəcə vaxt itkisi hesab edir.  Xarici təcrübəyə nəzər salsaq, görərik ki, bunun birbaşa iş həyatına- karyeraya  təsiri var. Bəzən isə  xaricdə təhsil alan gənclər isə bir daha vətənə qayıtmırlar və bu da ölkənin peşəkar mütəxəssis itirməsi deməkdir.  Ümumiyyətlə xaricdə təhsilin  nə dərəcədə səmərəliliyi isə sual altındadır.

Bütün bunları nəzərə alaraq  Yenicag.az saytı olaraq, sosial şəbəkələrdə kiçik sorğu keçirdik.

“Azərbaycanda magistr təhsili nə dərəcədə önəmlidir?” sualı ilə gənclərə müraciət etdik.

 

Emil Bağırov – Bakalavr təhsili alırsan, sonra işləyirsən. İşlədiyin müddətdə qarşına müəyyən suallar çıxır. Həmin sualların cavabını tapmaq üçün magistr təhsili alırsan. Yəni bakalavrda oxudunsa, sonra qarşına çıxan məsələlərin həll yolunu tapmaq üçün magistratura təhsili önəmlidir. Azərbaycanda kiminsə, hətta universitetlərin özü belə buna ciddi yanaşmır. Ona görə də elə çox əhəmiyyəti yoxdur.

Elvin Dəmirli-Magistr təhsili sözsüz ki, önəmlidir.Lakin baxır hansı ixtisas üzrə. Məsələn mən BDU Jurnalistika fakültəsində təhsil ala -ala həm də işləyirdim. Uni-ni bitirəndə işimə çətinlik yaratmaması üçün magistr təhsilindən imtina etdim. Düşünürəm ki düz etməsəm də,səhv də etmədim. Yenə deyirəm magistr təhsili vacibdir, amma baxır hansı peşə,sənət üçün seçirsən.

Çingiz Səftərov-Real anlamda çox önəmlidir. Ən azı işlədiyin hər hansı bir müəssisədə yüksəlmək üçün. Əks təqdirdə səndən sonra işə qəbul olmuş magistr təhsili olan bir şəxs daha yüksək vəzifəyə qalxacaq.

Tural Həsənqarayev– Azərbaycanda heç bir önəmi yoxdur. Çünki sonradan iş tapmaq müşkülə çevrilir.

Fəxrəndə Dəmirova-  Magistr təhsili yalnız Azərbaycanda önəmli deyil. Xarici ölkələrdə isə karyeraya birbaşa təsir edir.

Nüsrət Zeynalov– Məncə,Azərbaycanda bakalavr və magistrı təhsilini fərqli ixtisaslarda almaq  daha yaxşı olar. Eyni ixtisasın magistrını Azərbaycanda yox, xaricdə oxumaq daha yaxşıdır.

Nərmin Bağırzadə– Təhsil alacağınız məkan Azərbaycandırsa önəmli deyil.

Sevil Rəsulzadə– Məncə önəmli deyil. Magistraturaya hazırlaşmaqdansa,  rus və ya ingilis dilini öyrənmək indiki dovrdə ondan daha vacibdir.

Gülər Abbasova-Ümumilikdə təhsilin vəziyyəti qane etmir. Çünki dərsliklər və metodika çox köhnədir. Nə magistr, nə bakalavr təhsili ürəkaçan deyil. Ali məktəblərdən bəlkə bir ya ikisi güclü təhsil siteminə malikdir. Ümumi təhsil vəziyyətini nəzərə alaraq belə qənaətə gəlmək olar ki, magistrın heç bir önəmi yoxdur.

Arzu Məmmədova– Azərbaycanda magistr təhsili formaldır. Əgər akademik karyera nəzərdə tutulmursa lazım da deyil. Təhsil də qənaətbəxş deyil. Ona görə də kütləvi şəkildə xaricdə magistr təhsilinə yönəliblər. Mən özüm də magistr təhsili almamışam.

 

Kamran ƏDALƏTOĞLU/Yenicag.az

www.yenicag.az

8117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv