Azərbaycanda maşın piyadanı vurub öldürdü – ANBAAN VİDEO

Gəncədə ölümlə nəticələnən yol qəzası olub.

Yenicag.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, Atatürk prospektində yol kənarı ilə hərəkət edən 1974-cü il təvəllüdlü Əkbərov Vüsal adlı piyada avtomobil tərəfindən vurulub.

Hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə anı yaxınlıqda olan müşahidə kamerasına yansıyıb.

Görüntüləri təqdim edirik: