Azərbaycanda məişət zorakılığından zərərçəkənlərin yarıdan çoxu qadınlar olub

Azərbaycanda məişət zorakılığından zərərçəkənlərin yarıdan çoxu qadınlar olub.

Yenicag.Az-ın “Trend”-ə istinadən verdiyi məlumatına görə, 2016-cı ildə məişət zorakılığı cinayətlərinin nəticəsində 1031 nəfər zərər çəkib. Onların 807 nəfəri qadın olub. Qadınların 1-i 18 yaşadək, 1-i isə hamilə olub.

Zorakılıq cinayətlərinin çoxu qəsdən sağlamlığa zərər vurma ilə bağlı olub. Ötən il qəsdən sağlamlığa zərər vurmadan 33 nəfər zərər çəkib ki, onların 14-ü qadın olub.

Qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti nəticəsində zərərçəkən 77 nəfərin 57-si, qəsdən sağlamlığa yüngül zərər vurma cinayətindən zərərçəkən 812 nəfərin 660-ı (onların 1 nəfəri yaşı 18-dək olan qız olub) qadın olub.

Ötən il qəsdən adam öldürmə cinayətindən zərərçəkən 55 nəfərin 33-ü, adam öldürməyə cəhd cinayətindən zərərçəkən 22 nəfərin 18-i, adam öldürmə həddinə çatdırma halında isə zərərçəkənlərin 3-ü də qadın olub.

Yenicag.Az

COP29