Azərbaycanda məktəblərə silah paylandı – VİDEO

612759_465078Artıq yeni tədris ilindən məktəblilər hərbi hazırlıq dərslərini silahlarla keçəcəklər.

Uzun zamandır ki, şagirdlər hərbi dərsləri daha çox nəzəriyyə şəkildə öryənirdilər. Məktəblərə hərbi dərs üçün əyani-vəsaitin verilməməsi şagirdlərin silahla davranış qaydalarından xəbərsiz olmalarına gətirib çıxarırdı. Bu da sözsüz ki, gənclərin orduya hazırlıqsız getmələrilə nəticələnirdi.

Bütün bunları nəzərə alan Təhsil Nazirliyi gənclərin hərbi bacarıqlara yiyələnməsi və vətənpərvər ruhda tərbiyə almaları üçün yeni pilot layihəyə start verdi.

Bundan sonra paytaxt ərazisində 50 təhsil ocağında silah-sursatla təmin olunmuş hərbi otaqlar istifadəyə veriləcək.

İstifadə olunacaq hərbi avdanlıqlara “Kalaşnikov” avtomatları, “Qlok” tipli tapançalar, tank əleyhinə minalar və əl qumbaraları daxildir.

Hərbi avadanlıqlarla təchiz olunan otaqlar, paytaxtla yanaşı Şəmkir və Kürdəmir rayonunda yeni istifadəyə verilən iki məktəbdə quraşdırılacaq.

Pilot layihənin respublikanın digər təhsil ocaqlarında da tədbiq olunması nəzərdə tutulur.