Azərbaycanda məmur iş başında öldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) baş ofisində ölüm hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, orada çalışan 48 yaşlı Məmməd Həsənov qəfildən vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

M.Həsənovun ürək çatışmazlığından öldüyü ehtimal edilir./Report/